Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bəyan edib ki, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi Kremlə Taliban hərəkatının ölkədə qadağan olunmuş terror təşkilatları siyahısından çıxarılmasını təklif edib.
Sitat.info xəbər verir ki, Kabulov paytaxt Moskvada Əfqanıstanla bağlı jurnalistlərə açıqlama verib.
Kabulov, Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Talibanın terror təşkilatı statusunun götürülməsi ilə bağlı işlərinin tamamlandığını və işin nəticələrinin Kremlə çatdırıldığını bildirib və bununla bağlı qərar qəbul edilməsini gözlədiklərini deyib.
Kənan Yusif
Sitat.info