Təyyarənin mühərrikinə ilişən şəxs ölüb

01:10 30 May 2024

Hollandiyanın Amsterdamdakı hava limanında kral hava yolu şirkəti KLM-ə məxsus təyyarənin mühərrikinə ilişən şəxs ölüb.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, həmin şəxs təyyarə işləyərkən mühərrikə sovrulub. 

Onun sərnişin olub-olmadığı və ya təyyarənin mühərriki işləyən zaman orada nə etdiyi barədə məlumat yoxdur. 

Məsələ ilə bağlı araşdırma aparılır.

Türkan 

Sitat.info



Xəbər xətti