Belçikanın Gent Universiteti İsraillə əlaqələrini dayandırıb

13:46 31 May 2024

Belçikanın Gent Universiteti İsraillə bütün akademik əməkdaşlıq müqavilələrini dayandırdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Universitetin rektoru Rik Van de Walle tərəfindən edilən yazılı açıqlamada qərarın səbəbi kimi “İsrail hökumətinin törətdiyi insan haqları pozuntularının miqyası, müddəti və xarakteri” göstərilib.

Bəyanatda universitet rəhbərliyinin İsrail universitetləri və elmi-tədqiqat qurumları ilə davam edən bütün akademik əməkdaşlığı dayandırdığı, əməkdaşlığa qanuni şəkildə son qoymaq mümkün olmasa da, universitetin müvafiq layihələrdən birtərəfli qaydada geri çəkiləcəyi bildirilib.

Kənan Yusif 

​​​​​​​Sitat.info



Xəbər xətti