Rusiya müharibənin 831-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 609 təyyarəsi, 274 helikopteri, 25 081 PUA-sı, 526 zenit-raket kompleksi, 16 236 tank və digər zirehli texnikası, 1 328 reaktiv yaylım atəş sistemi, 10 057 artilleriya və minaatanı, 22 237 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.