Gürcüstan 8 azərbaycanlını ölkədən çıxartdı

13:37 5 İyun 2024

Gürcüstan Daxili İşlər Nazirliyi aprel və may aylarında miqrasiya qanunlarını pozan 42 xarici ölkə vətəndaşını ölkədən çıxarıb.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan DİN-dən məlumat verilib.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son iki ayda 42 vətəndaşı saxlayıb, onların bəziləri ölkəni könüllü, bəziləri isə məcburi şəkildə tərk edib. Çıxarılanlar arasında İraq, İran, Əlcəzair, Pakistan, Ermənistan, Rusiya, İordaniya, Misir və digər ölkələrin vətəndaşları var. Gürcüstana qanuni əsaslar olmadan gələn və müxtəlif antisosial fəaliyyətlərə cəlb edilmiş 8 yeniyetmə Azərbaycan vətəndaşı da ölkədən çıxarılıb”, - məlumatda qeyd olunub.



Xəbər xətti