İsrail Qəzzadakı BMT-nin məktəbini bombalayıb

23:49 6 İyun 2024

İsrail ordusu Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) aid məktəbə hücum edib.

Sitat.info xəbər verir ki, hücumda ABŞ istehsalı olan silahlardan istifadə edilib.

​​​​​Bu silahların "GBU-39" kiçik ölçülü bomba olduğu bildirilir.

Qeyd edək ki, hücumda 14-ü uşaq, 9-u qadın olmaqla 40 nəfər həyatını itirib.​​​​​​

Türkan

Sitat.info



Xəbər xətti