Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycana səfər edəcək.
Sitat.info xəbər verir ki, səfər iyul ayında baş tutacaq.
Ersin Tatar Azərbaycanda mühüm görüşlər keçirəcək.
O, həmçinin Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək zirvə görüşündə iştirak edəcək.