İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS tamamilə məhv edilməyənə qədər Rəfahda hərbi əməliyyatları davam etdirəcək.
Sitat.info xəbər verir ki, bu barədə SAXAL-ın Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman bildirib.
O qeyd edib ki, vəzifəmiz irəliləməyə davam etməkdir.
"Biz onları darmadağın edənə qədər əməliyyatları davam etdirəcəyik", - general vurğulayıb.