Putin 24 il sonra Şimali Koreyaya gedir

18:23 17 İyun 2024

Rusiya prezidenti Vladimir Putinin sabah və iyunun 19-da Şimali Koreyaya səfər edəcəyi bildirilib.
Sitat.info xəbər verir ki, Kremldən verilən yazılı açıqlamada Putinin Şimali Koreya lideri Kim Çen Inın dəvəti ilə 18-19 iyun tarixlərində bu ölkəyə gedəcəyi bildirilib.

Açıqlamada Rusiya liderinin iyunun 19-29-da Vyetnama səfər edəcəyi qeyd edilib.

Putin Şimali Koreyaya sonuncu dəfə 2000-ci ildə gedib.



Xəbər xətti