Avropa İttifaqının (Aİ) Krımı və Sevastopolu qeyri-qanuni ilhaq etdiyinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddəti 2025-ci ilə qədər uzadılıb.
Qərara əsasən, sanksiyalar Aİ vətəndaşlarının və şirkətlərinin Krım və Sevastopol vilayətlərində fəaliyyətini məhdudlaşdırır. Krım və Sevastopoldan Aİ ölkələrinə məhsulların idxalına icazə verilmir.
AB vətəndaşları və şirkətləri bu iki bölgəyə sərmayə qoya və maliyyə xidmətləri göstərə bilməzlər, eləcə də, nəqliyyat, telekommunikasiya və enerji sektorlarında istifadə olunacaq bəzi məhsul və texnologiyalar ixrac edilə bilməz.
Xüsusilə neft, təbii qaz və faydalı qazıntıların kəşfiyyatı, hasilatı və ixracı üçün texnologiyanın təqdim edilməsi və texniki dəstəyin göstərilməsi qadağandır.
Rusiyanın qanunsuz ilhaqı
Rusiya 2014-cü ilin martında Krım Muxtar Respublikası və Sevastopol şəhərini qanunsuz olaraq ilhaq edib.
Krımın Rusiya tərəfindən ilhaqından və Ukraynanın şərqində baş verən hadisələrdən sonra Aİ, ABŞ və bəzi ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb.
Nərgiz,
Sitat.info