Rusiyadan Ermənistana daha bir xəbərdarlıq

11:58 18 İyun 2024

Ermənistanın ABŞ və NATO-nun “kağız çətiri” altına keçməsi Rusiya ilə və KTMT çərçivəsində ümumi müdafiə sahəsinin saxlanmasını qeyri-mümkün edəcək.

Sitat.info xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “Komsomolskaya Pravda”ya geniş müsahibəsində Ermənistanla bağlı danışarkən deyib.

O qeyd edib ki, Moskva dəfələrlə və müxtəlif səviyyələrdə İrəvanı narahat edən məsələləri müzakirə etməyə açıq şəkildə hazır olduğunu bildirib.



Xəbər xətti