Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 56%-i tamamlanıb

12:11 20 İyun 2024

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərini sürətlə davam etdirir.

ADY-dən Sitat.info-ya verilən məlumata görə, 104,7 km uzunluğunda dəmir yolunun tikintisi üzrə işlərin 56%-i tamamlanıb.

Məlumata görə, Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq Horadiz-Ağbənd dəmir yolu xətti boyunca irimiqyaslı körpülər də daxil olmaqla 500-ə yaxın mühəndis qurğusunun tikintisi həyata keçirilir.



Xəbər xətti