Helikopter qəzası: ölənlər var

11:48 21 İyun 2024

Rusiyanın Amur vilayətində "Robinson" R-66 helikopteri qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin Şərq İstintaq İdarəsi məlumat yayıb.

Məlumata görə, helikopterin göyərtəsində pilot və üç sərnişin olub. Helikopter Amur vilayətinin Tındinski rayonundakı Djeltulak istiqamətində havaya qalxıb. Lakin o, təyin olunmuş yerə gəlməyib. Axtarışlar nəticəsində onun qəzaya uğradığı yer tapılıb.

"İnterfaks"ın fövqəladə hallar xidmətinə istinadən verdiyi məlumata görə, helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan hər kəs ölüb.



Xəbər xətti