Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın Fələstini dövlət kimi tanıması qərarını müsbət qarşılayıb.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilib.
“İspaniya, İrlandiya, Norveç və Sloveniyadan sonra Ermənistanın Fələstin dövlətini tanımaq qərarı bizi sevindirir. Həmişə vurğuladığımız kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir”, - bəyanatda vurğulanıb.