Həcc ziyarətində ölən zəvvarların yarıdan çoxu...

16:45 22 İyun 2024

Həcc ziyarəti zamanı ölənlərin yarıdan çoxu qeydiyyatdan keçməmiş zəvvarlar olub.

Sitat.info xəbər verir ki, bu barədə “AFP Nyus” məlumat yayıb.

Bildirilib ki, qeyri-müntəzəm kanallar vasitəsilə Həcc ziyarətinə gedən zəvvarlar kondisionerli çadır və avtobuslara daxil ola bilməyib.

Məlumata görə, həcc ziyarəti zamanı 658 misirli, 200-dən çox indoneziyalı, 98 hindistanlı, 49 tunisli olmaqla, 1081 zəvvar yüksək temperatur səbəbindən həyatını itirib.

Ölənlər arasında Pakistan, Malayziya, İordaniya, İran, Seneqal, Sudan, Kürdüstan Muxtar Respublikası və ABŞ vətəndaşlarının da olduğu bildirilir.



Xəbər xətti