Şabranın Üç sotlar yaşayış massivində fərdi yaşayış evlərdən birinə basqın olunub.
Sitat.info Report-a istinadən xəbər verir ki, ilkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı ev sahiblərindən rayon sakini - Gülnarə Şıxkərim qızı Hüseynova öldürülüb, onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Arif Qaspar oğlu Hüseynov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.