Dağıstan teraktı: Bastırkin hesabat tələb etdi

13:50 24 İyun 2024

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Dağıstanda 17 hüquq-mühafizə orqanı əməkdaşının və 4 mülki şəxsin həlak olduğu sinaqoq və kilsələrə hücumlarla bağlı cinayət işinin araşdırılması ilə bağlı hesabat tələb edib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

“İstintaq Komitəsinin sədri Dağıstan Respublikası üzrə İstintaq İdarəsinin rəisi D.V.Belyayevə Dərbənd və Mahaçqalada silahlı basqın faktları üzrə cinayət işi üzrə ilkin istintaq hərəkətləri barədə hesabat təqdim etməyi tapşırıb. İstintaqın gedişinə İstintaq Komitəsinin mərkəzi aparatı nəzarət edir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, iyunun 23-də Dağıstanda baş verən terror aktları nəticəsində ən son məlumata görə 17 polis əməkdaşı öldürülüb. Antiterror əməliyyatı nəticəsində 5 terrorçu məhv edilib.



Xəbər xətti