Ukrayna Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın Sevastopol şəhərinə ABŞ-dan gətirdiyi raketlərlə hücum edib. Sosial mediada paylaşılan görüntülərdə sahil bölgəsində insanların üzərinə düşən raket parçaları görünüb. Rusiya rəsmilərinin açıqlamalarına görə, Kiyevə raket hücumları nəticəsində 5 nəfər ölüb, 100-dən çox adam yaralanıb.
Sitat.info xəbər verir ki, Sevastopol vilayətinin qondarma qubernatoru Mixail Ravojayev hücum nəticəsində 3-ü uşaq olmaqla 5 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını bildirib.
Rusiya Müdafiə Nazirliyi Telegram-da verdiyi açıqlamada, Ukraynanın hücumu “ABŞ tərəfindən təchiz edilmiş kaset başlı ATACMS əməliyyat-taktiki raketləri” ilə həyata keçirdiyini açıqlayıb.
Dörd raketin havada məhv edildiyi, bir raketin isə marşrutundan çıxaraq şəhərin üzərində partladığı bildirilib.
Seymur,
Sitat.info