İranın nüvə proqramı dinc məqsədli deyil – ABŞ

16:30 25 İyun 2024

Almaniya, Böyük Britaniya və Fransa İrandan nüvə gərginliyinin artmasını dayandırmağı və nüvə sazişi çərçivəsində öz öhdəliklərinə qayıtmağı tələb ediblər. 

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Robert Vud Təhlükəsizlik Şurasının iclasında bildirib.

“İran hökuməti 2015-ci il nüvə sazişini və Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin təftiş prosesini pozmaqda davam edir. Beynəlxalq Atom Enerjisi Agentliyinin 27 may və 13 iyun tarixli hesabatları göstərir ki, İran nüvə proqramını heç bir etibarlı dinc tətbiqi olmayan şəkildə genişləndirməkdə qərarlıdır”, - o deyib.



Xəbər xətti