Yüksək vəzifəli məmur üç xanım əməkdaşına maşın hədiyyə edib

18:45 25 İyun 2024

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun üç xanım əməkdaşına jest etdiyi iddia olunur.

Sitat.info Bizim.Media-ya istinadla xəbər verir ki, Rövşən Rüstəmovun tapşırığı ilə üç xanım əməkdaşa, o cümlədən yeni müşavir Aysel Soltanovaya "Toyota Karolla" markalı avtomobil verilib. Bildirilir ki, hədiyyə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təqdim olunub.

Aysel Soltanova ona avtomobil hədiyyə olunduğunu inkar etsə də, sonradan məlumatı qismən təsdiqləyərək, ona Azərbaycan Dəmir Yolları QSC tərəfindən xidməti avtomobil verildiyini deyib:

"Mən 19 yaşından rəsmi işləyirəm və kifayət qədər normal əmək haqqı alıram. Aldığım əmək haqqının da vergisini verirəm. Kifayət qədər də peşəkar karyeram var. Mənim nəinki işəgötürənin, heç kəsin, şəxsi həyatda belə kiminsə mənə avtomobil və ya nəsə başqa hədiyyə verməsinə ehtiyacım yoxdur. Azərbaycan Dəmir Yollarında müavin, müşavir və departament direktoru heyətinə imtiyaz olaraq avtomobillər təhkim olunub. Bunu təsdiq edə bilərəm", - deyə Aysel Soltanova qeyd edib.



Xəbər xətti