Qəzzanın gələcəyini Fələstin xalqı müəyyənləşdirəcək - HƏMAS

15:01 26 İyun 2024

Həmas İsrailin Qəzza zolağına hücumlardan sonra planlarını rədd etdiyini və bölgənin gələcəyinin Fələstin xalqı tərəfindən müəyyən ediləcəyini bir daha bəyan edib.

Sitat.info xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamada, qanlı hücumlardan sonra Fələstin xalqının siyasi gələcəyi ilə bağlı İsrail hökuməti və ABŞ rəhbərliyinin planlarını "faşist İsrail hökumətinin uğursuzluq və məyusluq yolu ilə getməkdə israrlı olması" kimi qiymətləndirilib: "Bu pis niyyətli planlar fələstinlilərin qətiyyəti və iradəsi qarşısında həyata keçirilməyə bir yol tapmayacaq. Bu cinayətkar hücumların məğlubiyyətə uğramasından  sonra Fələstin xalqının taleyi və Qəzza zolağının gələcəyi olacaq. Gələcəyimiz başqası tərəfindən deyil, bizim Fələstin xalqımız tərəfindən müəyyən edilir”.  

 HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları 7 oktyabr 2023-cü il tarixində “Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbiylə İsrailə hərtərəfli hücuma keçdi. "

İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.

İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 37 min 658 fələstinli həyatını itirib, 86 min 237 nəfər isə yaralanıb.

 Nərgiz,

Sitat.info



Xəbər xətti