Xəzər dənizinin "Yaşma bağları" adlanan ərazisində 46 yaşlı kişi dənizdə batıb.
Sitat.info xəbər verir ki, 1978-ci il təvəllüdlü Hümbət İcazə oğlu Əhmədovun meyiti dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Xəzər dənizində qadın batıb.
Hadisə Sumqayıt sahilində baş verib.
Qadının axtarışları davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində bulvara yaxın ərazidə 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batma təhlükəsi ilə üzləşən vətəndaşlardan birinin yeri müəyyən olunaraq ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı) xilas olunması təmin edilib. Digər şəxsin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.