Gürcüstan hökuməti ABŞ-la münasibətlərin yenidən qurulmasına töhfə verməkdə qərarlıdır.
Sitat.info xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze parlamentdə görülən işlər barədə hesabat verərkən deyib.
“Gürcüstan hökuməti 2020-ci ildən bəri baş verən hadisələrdən sonra ABŞ ilə münasibətlərin bərpasına töhfə verməkdə qərarlıdır. Biz həqiqətən də qarşılıqlı addımların olacağına ümid edirik. Təbii ki, Gürcüstan-Amerika münasibətlərinin inkişafı və dərinləşməsi Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir”, - Kobaxidze bildirib.
Seymur,
Sitat.info