Ermənistan yeni AES tikintisi prosesində mühüm mərhələyə keçib.
Sitat.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O bildirib ki, hazırda ABŞ-la bu layihənin hüquqi bazasının tənzimlənməsi ilə bağlı müzakirələr aparılır:
“Yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı çoxməzmunlu mərhələyə qədəm qoymuşuq. Hazırda ABŞ-la hüquqi bazanın tənzimlənməsi məsələsini müzakirə edirik. Top hazırda ABŞ-ın sahəsindədir”.
Qeyd edək ki, Ermənistandakı Metsamor AES Rusiyanın nəzarətindədir.