ABŞ İran və HƏMAS-a qarşı cinayət işi açır

14:49 10 İyul 2024

ABŞ Ədliyyə Nazirliyi 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sağ qalanları və hadisə qurbanlarının yaxınları ilə müsahibə aparır və İslam Respublikası, HƏMAS və bu qruplaşmanın himayəçilərinə qarşı geniş cinayət işı açmağı planlaşdırır.

Sitat.info xəbər verir ki, bu barədə “Bloomberg” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, bir sıra keçmiş girov və ABŞ hüdudlarından kənarda öldürülən Amerika vətəndaşlarının ailələri son aylarda prokurorlar və FTB agentləri ilə danışıblar.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi HƏMAS-ı terror qruplaşması hesab edir.



Xəbər xətti