NATO-nun kritik Vaşinqton sammitinin yekun bəyannaməsi dərc olunub.
Sitat.info xəbər verir ki, bəyannaməyə əsasən, NATO-nun 2026-cı ildə baş tutacaq liderlər sammiti Türkiyədə keçiriləcək.
Sammitin yekun bəyannaməsində Ukraynaya dəstək elan edilib. Çin Rusiyanın Ukrayna ilə müharibəsinə verdiyi dəstəyi dayandırmağa çağırılıb.
NATO Xarici İşlər Nazirləri toplantısına 2025-ci ildə də Türkiyə ev sahibliyi edəcək.
Qeyd edək ki, Türkiyədə NATO-nun sonuncu sammiti 2004-cü ildə, xarici işlər nazirlərinin görüşü isə 2015-ci ildə keçirilib.
Kənan Yusif
Sitat.info