Paşinyan Azərbaycanın bütün tələblərini qəbul etməyə meyllidir - erməni deputat

14:44 11 İyul 2024

Bunu Ermənistanın “Ermənistan” parlament fraksiyasının deputatı Artur Xaçatryan bir gün əvvəl Vaşinqtonda keçirilən Mirzoyan-Bayramov-Blinken görüşünü və ondan sonrakı bəyanatları dəyərləndirib. 

Sitat.info erməni mediasına istinadən xəbər verir ki, bu bəyanat başqa narahatlıqlar doğurur: " Bu o deməkdir ki, Paşinyan Azərbaycanın bütün tələblərini qəbul etməyə meyllidir, çünki Ermənistanın etdiyi istənilən tələb Azərbaycan tərəfindən rədd edilir. Əvəzində Azərbaycan yeni tələblər irəli sürür. Dünən o da qeyd olunub ki, Azərbaycan  cinayətlərin tanınması ilə bağlı yeni tələb irəli sürüb. İndi yəqin ki, Azərbaycan bütün paketi təqdim edib və Paşinyan barışıq vədi ilə gəldiyi üçün “Bəli, razıyam” deyib. Əsl sülh çox uzaqdır, çünki o, ədalət əsasında bağlanmalı və heç olmasa tərəflərin minimum tələbləri təmin edilməlidir”.

Müxalifətçi deputat qeyd edib ki, sentyabrın 1-də Azərbaycanda seçkilər keçiriləcək və bu ölkənin hakimiyyəti Ermənistanı məğlub etdiyinin kağız üzərində yazılmasını da təmin etməlidir.  

Artur Xaçatryan hesab edir ki, ABŞ-da keçirilən seçkilər nəyisə dəyişməsə, Ermənistan Azərbaycanın məcburiyyəti ilə itaətkarcasına razılaşacaq”. 

Nərgiz,

Sitat.info



Xəbər xətti