Ermənistanın 2025-ci il üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ödəməli olduğu üzvlük haqqı hesablanacaq.
Sitat.info xəbər verir ki, bunu Rusiyanın təşkilat yanında daimi nümayəndəsi Viktor Vasilyev deyib.
O qeyd edib ki, KTMT-nin büdcəsi bütün üzv ölkələr arasında bölüşdürülür: Rusiya ümumi məbləğin yarısını ödəyir, digər beş üzv isə hər biri qalan məbləğin 10%-ni təmin edir.
“Ermənistanın 2024-cü il üçün ödəməli olduğu məbləğ 53,22 milyon rubldur", - o vurğulayıb.