Trampa sui-qəsdlə bağlı ŞOK İDDİA: İran şübhəsi...

11:03 17 İyul 2024

Son günlər dünyada ən çox müzakirə olunan məsələ ABŞ prezidentliyinə namizəd Trampa sui-qəsd edilməsi oldu. Ən çox verilən sual isə  sui-qəsdin arxasında kimin olduğudur. 

Dünya Donald Trampa sui-qəsd cəhdinin şokundan çıxa bilməsə də, daha bir olay yaşanıb. Sui-qəsdin ertəsi gün Milwaukee şəhərində Respublikaçıların Milli Konqresi yaxınlığında polis bir nəfəri güllələyib.

İRAN ŞÜBHƏSİ
Şahidlər hücum edən şəxs haqqında ətraflı məlumat veriblər. Onlar Trampa sui-qəsd cəhdi etdiyi iddia edilən şübhəlinin əlində iki bıçaq olduğunu və bu bıçaqları polisə doğru yellədiyini bildirib.

Bu hadisə keçmiş prezidentin təhlükəsizliyi ilə bağlı narahatlığı daha da artırıb. Trampın mühafizəsi həftələr əvvəl İrandan hücum ehtimalına görə gücləndirilmişdi.


Qeyd edilib ki, şənbə günü sui-qəsd cəhdindən əvvəl ABŞ Gizli Xidməti və Trampın seçki kampaniyasına cavabdeh olan rəsmilər “İran təhlükəsi” ilə bağlı məlumatlandırılıblar. ABŞ rəsmilərinin İranın ABŞ-ın keçmiş prezidenti Trampa sui-qəsd cəhdi edəcəyi ilə bağlı kəşfiyyat məlumatı aldığı və ABŞ Gizli Xidmətinin son həftələrdə Trampı qorumaq üçün əlavə tədbirlər gördüyü iddia edilib.

Bununla belə, rəsmilər Pensilvaniyadakı sui-qəsd cəhdi ilə İrandan gəldiyi deyilən təhlükə arasında heç bir məlum əlaqənin olmadığını bildiriblər.

 Trampın təhlükəsizliyinin artırılmasına baxmayaraq, 20 yaşlı silahlı Tomas Metyu Kruksun Trampa necə yaxınlaşıb atəş açması ilə bağlı suallar var.
Sui-qəsd cəhdindən sonra Gizli Xidmət və kəşfiyyat təşkilatlarının zəif tərəflərinin olub-olmadığı müzakirə edilməyə başlanıb. Milli təhlükəsizlik rəsmisi bildirib ki, ABŞ Məxfi Xidməti və Tramp  kampaniyasının təşkilatçıları İran təhlükəsi ilə bağlı məlumatlandırılıblar.


İRAN: İDDİA ƏSASSIZ VƏ QƏRƏZLİDİR

İranın BMT-dəki təmsilçisi sözügedən iddianın "əsassız və qərəzli" olduğunu, lakin Trampın "məhkəmə qarşısına çıxarılmalı olan bir cinayətkar olduğunu" deyib.

Qeyd edək ki, Tramp və keçmiş dövlət katibi Mayk Pompeo İran İnqilabı Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin 2020-ci ildə Bağdadda Amerika qüvvələri tərəfindən öldürülməsindən sonra İrandan hücum təhdidləri alırdılar. 



Xəbər xətti