İsrailin Qəzza zolağının mərkəzinə endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ən azı 81 fələstinli həlak olub.
Sitat.info xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat verib.
Qeyd olunub ki, hərbçilərin hədəfi Fələstinli qaçqınlara yardım və işlərin təşkili üzrə BMT-nin Yaxın Şərq Agentliyinin yaşayış binaları və müvəqqəti yerləşdirmə mərkəzləri olub.
İsrail tərəfi məlumatı şərh etməyib.