“Bildirirdilər ki, guya işğala məruz qalan onlardır” - Prezidentin köməkçisi

14:15 21 İyul 2024

“Dezinformasiya yeni fenomen deyil. İnformasiya çox güclü vasitədir. Lakin onun necə istifadə edildiyi böyük sual altındadır. Ən təhlükəlisi isə odur ki, dezinformasiya manipulyasiyaya və Azərbaycan xalqına qarşı psixoloji müharibəyə çevrilib”.

“Sitat.info” xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı söyləyib.

O qeyd edib ki, dezinformasiya müəyyən qrupların məqsədlərinə çatmasında vasitə ola, müharibələrə gətirib çıxara bilər. Dezinformasiyanın əsas qurbanları media və jurnalistlərdir.

Azərbaycanın uzun illər işğala məruz qaldığını, lakin xarici medianın onu başqa tərəfdən göstərdiyini forum iştirakçılarının diqqətinə çatdıran Prezidenti köməkçisi əlavə edib: “Bəzi xarici media orqanları bildirirdi ki, guya biz Ermənistana qarşı cinayət törətmişik, işğala məruz qalan onlardır. Lakin biz ciddi cəhdlə təkzib vasitələrini işə salmışdıq. Rəsmi bəyanatlar və mətbuat konfransları vasitəsilə düzgün məlumatı və həqiqəti dünyaya çatdırırdıq. Bizim media bu işdə çox böyük rol oynayıb”.



Xəbər xətti