Prezidentlik yarışından geri çəkilən və yerinə Kamala Harrisin namizədliyini irəli sürən ABŞ prezidenti Bayden Harrisin Delaverdə keçirdiyi seçki toplantısına telefonla qatılıb.
Sitat.info xəbər verir ki, Harrisə dəstəyini təkrarlayan Bayden, Yaxın Şərq və Qəzzadakı son vəziyyətlə bağlı da qiymətləndirmələr aparıb.
"Mən Qəzzada müharibəni necə bitirə biləcəyimiz, Yaxın Şərqdə sülhə nail ola biləcəyimizi düşünürəm. Bütün əsirlərin evlərinə qayıtmasını təmin etmək üçün israillilər və fələstinlilərlə yaxından işləməyə davam edəcəyəm"- deyib Bayden.
Digər tərəfdən, Covid-19-a tutulduğu üçün Delaverdəki evindən təcrid olunmuş şəkildə işini davam etdirən Baydenin Vaşinqtona gələn İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb-görüşməyəcəyinin hələ də bəlli deyil.
Nərgiz,
Sitat.info