Tanınmış türkiyəli prosfessordan həyəcanlı ÇAĞIRIŞ! Bu suları içməyin...

16:58 23 İyul 2024

Türkiyəli professor Canan Karatay xəbərdarlıq edib. Plastik butulkalardakı su insanların xərçəngə tutulmasına səbəb olacaq qədər riskli sayılır.

Sitat.info xəbər verir ki, Canan Karatay   hər kəsin əlində plastik su butulkalarının olduğuna diqqət çəkib.

Özünün istifadə etmədiyini vurğulayan Canan Karatay plastik su butulkalarında trombosit adlı maddənin olduğunu və isti havalarda bu maddənin suya qarışaraq zəhər kimi orqanizmə daxil olduğunu açıqlayıb. Günəşdə qalan və isinən butulkalarda su içmək təhlükəlidir.
Plastik butulkaların yaratdığı təhlükə nəticəsində suyun mineral dəyəri də aşağı düşür. Təbii və sağlam qida olan su  plastik butulkalardan içilən zaman sağlamlığı ciddi şəkildə təhdid edir.

Su butulkada qaldıqca  təhlükəsi artır. Plastik butulkada saxlanılan suyun sonra şüşə stəkana süzməyin də heç bir fərqi yoxdur. Canan Karatay hər kəsə xəbərdarlıq edir ki, plastik butulkalara su saxlanılmasın.
Suyu düzgün istehlak etmək üçün plastik butulkalar yerinə şüşə butulkalara üstünlük verilməlidir.  

Bundan əlavə, məşhur həkim Canan Karatay mineral dəyəri yüksək olan suya üstünlük verilməli olduğunu vurğulayıb. Tərkibində təbii minerallar olan su sağlamlıq üçün önəmli faydalar təmin edir.

Nərgiz,

Sitat.info



Xəbər xətti