Təyyarə havaya qalxarkən yerə çırpıldı: Ölənlər var...

11:21 24 İyul 2024

 Nepalın paytaxtı Katmanduda təyyarənin uçuş zamanı eniş zolağında sürüşməsi və qəzaya uğraması nəticəsində 18 nəfər həyatını itirib.
Sitat.info xarici mediaya istinadən yazır ki, içərisində 19 nəfərin olduğu təyyarə havaya qalxarkən sürüşərək Tribhuvan beynəlxalq hava limanında qəzaya uğrayıb.

Tribhuvan Beynəlxalq Hava Limanının sözçüsü Subaş Ja verdiyi açıqlamada Saurya aviaşirkətinə məxsus təyyarədə olan 18 nəfərin cəsədinin tapıldığını və pilotun xəstəxanaya aparıldığını bildirib.

“The Kathmandu Post”a danışan hadisə şahidləri bildiriblər ki, təyyarə uçuş-enmə zolağının cənub hissəsindən havaya qalxıb və qanadının ucu yerə dəyən zaman qəfil aşıb.

Seymur, 

Sitat.info



Xəbər xətti