Həmas, İsrailin baş naziri Binyamin Netanyahunun danışıqlarda yeni şərtlər irəli sürərək razılaşmanın qarşısını aldığını açıqlayıb.
Sitat.info xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamada, Qəzza zolağında atəşkəs və qarşılıqlı əsir mübadiləsi ilə bağlı dünən İtaliyanın paytaxtı Romada ABŞ, İsrail, Misir və Qətər rəsmiləri arasında keçirilən görüş barədə məlumat verilib.
“Romadan olan vasitəçilərin dediyinə görə, Netanyahu yeni şərtlər və tələblər irəli sürərək danışıqları bir daha dayandırmaq, gecikdirmək və razılaşmadan yayınmaq strategiyasına qayıdıb”, - deyə bəyanatda bildirilir.
Qeyd edilib ki, Netanyahu ABŞ prezidenti Co Baydenin təklif etdiyi planı geri götürmək istəyir”.
Romada keçirilən görüşdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns, Mossadın direktoru David Barnea, Misir kəşfiyyatının direktoru Abbas Kamil və Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani iştirak ediblər.
Türkan,
Sitat.info