İsrail açıqladı: Haniyəni biz öldürməmişik

15:29 31 İyul 2024

İsrail HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyət daşımır.

Sitat.info xəbər verir ki, bunu İsrail ordusunun mətbuat xidmətinin əməkdaşı Anna Ukolova RİA Novosti-yə açıqlamasında deyib.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.



Xəbər xətti