Hindistanın cənubundakı Kerala əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşmələrindən sonra başladılan xilasetmə işlərinin üçüncü günündə ölənlərin sayının 194-ə yüksəlib. .
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, torpaq sürüşmələrindən sonra itkin düşdüyü bildirilən 180-dən çox insan üçün xilasetmə işləri fasiləsiz davam etsə də, ümidlər getdikcə azalır.
Kerala ştatının rəsmilərindən olan Pinarayi Vicayan 194 nəfərin həyatını itirdiyini, 180-dən çox adamın itkin düşdüyünü, 186 nəfərin yaralandığını bildirib.
Torpaq sürüşmələrinə 1100-dən çox axtarış-xilasetmə personalının cəlb edilib. Bu, Keralanın indiyə qədər gördüyü ən böyük təbii fəlakətlərdən biridir"-deyə rəsmi bildirib.
Zərər çəkmiş ərazidə körpünün uçmasından sonra Hindistan ordusu müvəqqəti körpünün tikintisinə başlayıb.
Bildirilib ki, ştatda təbii fəlakətdən zərər çəkmiş 8300-dən çox insan 82 yardım düşərgəsinə təxliyə edilib və hökumət bu düşərgələri ərzaq və ilkin tələbat malları ilə təmin edib.
Qeyd edək ki, iyulun 30-da yağan güclü yağışlar nəticəsində Kerala ştatında torpaq sürüşmələri baş verib, infrastruktura və yollara ciddi ziyan dəyib. Təbii fəlakətdən zərər çəkmiş Çoralmala kəndində 200 ev dağılıb.
Türkan,
Sitat.info