"Qiyamət saatı"na iki dəqiqə qaldı: Kreml rəsmisindən ŞOK AÇIQLAMA

10:50 5 Avqust 2024

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, qiyamət saatına iki dəqiqə qalıb. Bu, nüvə təhlükəsi ilə bağlı dünyada gərginliyin dərəcəsini simvollaşdıran bir ifadədir. Lakin bu, prosesin geridönməz olması demək deyil.

Sitat.info xəbər verir ki, Ryabkov “Rossiya-1” dövlət televiziya kanalında yayımlanan proqrama verdiyi müsahibədə dünyada baş verən münaqişələri dəyərləndirib.

“Qiyamət saatı”nın əqrəbinin sona yaxınlaşdığına diqqət çəkən Ryabkov deyib ki, bu saat indi iki dəqiqəyə yaxın bir zaman göstərir, lakin bu, saatın irəliləməsinin geri dönməz olduğu anlamına gəlmir. Qiyamət saatı geri çəkilməzsə nüvə  müharibəsi başlayacaq”. 

Bütün bu hadisələrə məsuliyyətlə yanaşmaq lazım olduğunu vurğulayan Ryabkov deyib ki, ordunu hazır vəziyyətdə saxlamaq lazımdır, çünki ssenarilər çox fərqli ola bilər” 

  Ryabkov onu da vurğulayıb ki, Rusiya Ukrayna ətrafında münaqişənin həlli üçün Qərbə birtərəfli güzəştə getməyəcək.

Xatırladaq ki, “Qiyamət saatı” ifadəsi ilk dəfə 1947-ci ildə “Bülleten of Atomic Scientists”in üz qabığında nüvə silahlarının nəzarət altına alınmasının vacibliyini göstərmək üçün ortaya çıxdı.

Nərgiz,

Sİtat.info 



Xəbər xətti