Türkiyə Silahlı Qüvvələr bu il yanvarın 1-dən aprelin 22-dək 1987 terrorçu zərərsizləşdirib.
Sitat.info xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar şəhid ailələri və qazilərlə görüşdə deyib.
O bildirib ki, Türkiyə ordusu 2015-ci il iyulun 24-dən indiyədək 34 min 175 terrorçunu zərərsizləşdirib:
“Türkiyə ordusu ölkə tariximizin ən gərgin günlərini yaşayır. Bir tərəfdə dənizdə, quruda, havada təlimlər keçirik, o biri tərəfdə isə əməliyyatları davam etdiririk. Bu yaxınlarda “Pəncə-Qıfıl” antiterror əməliyyatına başladıq".
/Axar.az