Hizbullah lideri Nəsrullah İsraillə gərginliyin artmasından sonra bir daha İsrailə hədə-qorxu gəlib.
Sitat.info xəbər verir ki, Nəsrullah İsrailin HƏMAS lideri Haniyəni öldürməsinə təkbaşına və ya İranın dəstəklədiyi digər qruplarla birlikdə cavab verəcəklərini bildirib.
"İnşallah cavabımız gəlir. Cavabımız güclü və təsirli olacaq. Hələ qarşıda bizi günlər və gecələr gözləyir. Döyüş meydanına çıxmağı gözləyirik".
Bütün gözlər Yaxın Şərqdə davam edən İsrail-Livan gərginliyinə dikilərkən, Hizbullah lideri Nəsrullah bu bəyanatlarla İsraili hədələyib.
Nəsrullah 30 iyulda İsrailin Beyruta hücumunda həyatını itirən Hizbullahın yüksək səviyyəli komandiri Fuat Şükürün anım mərasimində çıxış edib. O, qisas alınacağını vurğulayıb. HƏMAS lideri Haniyənin öldürülməsinə də toxunan Nəsrullah deyib ki, bu, Fələstində müqaviməti zəiflətmədi: "Bu itkilər bizi kədərləndirsə də, həm də sevindirir. Baş verənlər Həmas və Fələstinliləri sarsıtmayacaq, onları çəkindirməyəcək.
Nəsrullah HƏMAS lideri Haniyənin öldürülməsindən sonra İsrailin təkcə İranın cavabını gözləmədiyini bildirib. O, Hizbullah və Yəmənin İsrailə cavab verəcəklərini bir daha vurğulayıb.
Nəsrullah qeyd edib ki, İsrailin Hizbullahla hərtərəfli müharibəyə qərar verməsi asan olmayıb. İsrailin bu müharibəyə girmək üçün heç bir bəhanəyə ehtiyacı yoxdur.
Nigar,
Sitat.info