"Bu məsələni sülh müqaviləsindən çıxarmaq indiki məqam üçün uyğundur" - Tural Abbaslı

12:21 8 Avqust 2024

Ermənistan XİN-in sözçüsü Ani Badalyan  ötən gün açıqlama verib ki, Bakı və İrəvan Naxçıvanı birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsindən çıxarılması barədə razılığa gəlib. Bununla belə, o, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib.

Onun sözlərinə görə, razılıqda bu məsələnin daha sonra həll olunması qeyd olunub. 

Qeyd edək ki, daha əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov tərəflərin Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəldiyini bildirib.

 Mövzu ilə bağlı Sitat.info-ya danışan Ağ Partiya başqanı Tural Abbaslı qeyd edib ki, kommunikasiyaların açılması məsələsini sülh müqaviləsindən çıxarmaq indiki məqamda uyğundur: " Çünki bu indiki durumda öz həllini tapası məsələ deyil. Biz birmənalı şəkildə Naxçıvan və Azərbaycan arasında dəhlizin olmasının tərəfdarıyıq və bunun alternativini görmürük. Ermənistan isə buna hazır deyil. Bu məsələ də sülh müqaviləsində öz əksini tapa bilməyəcək və ya razılaşma olmadıqca sülh müqaviləsinin imzalanması uzanacaq".

T.Abbaslı vurğuladı ki,  Zəngəzur dəhlizi açılmadığı müddətcə, biz də Ermənistana öz ərazimizdən, istifadə edərək Rusiyaya səfərlərin edilməsinə icazə verəsi deyilik: "O baxımdan bu məsələ sülh müqaviləsinin əsas düyünlərdən biridir. Təbii ki, delimitasiya və demarkasiya məsələsi də  düşünürəm ki, sülh prosesinin indiki mərhələsində dəqiqləşdirilə bilməyəcək məsələlərdəndir. Çünki hansı xəritələr üzrə delimitasiya və demarkasiya olunması müəyyən olunmayıb. Ümumi anlamda istənilən sülh müqaviləsinin imzalanmasında problem yoxdur".

Partiya sədri hesab edir ki, sülh müqaviləsi olmadan da münasibətlərin bərpası mümkündür: "Amma lap dərinə gedəndə mütləq şəkildə  Azərbaycan və Ermənistan arasında  sülh müqaviləsi olmalıdır deyə bir fikirdə də  deyilik. Çünki olmaya da bilər. Şərt deyil ki, biz Ermənistanla sülh imzalayaq. Digər qonşu dövlətlərlə məgər sülh müqaviləmiz var ki, Ermənistanla məcburi qaydada sülh imzalamalıyıq? Dünyanın 200-ə yaxın ölkəsi ilə sülh müqaviləmizmi var ki, onlarla da sülh imzalayaq. Deyilə bilər ki, ərazi iddiaları var. Azərbaycana Gürcüstanın da, İranın da dolayısıyla ərazi iddiaları var. İndi onlarla  indollarla da sülh müqaviləsi imzalayacaq. və bu sülh müqaviləsi. Mən düşünürəm ki, bu, Qərbin, Avropanın, Amerikanın Ermənistanı bir mənada qoruması üçün təzyiq vasitəsilə Azərbaycana belə təşəkkür edirəm".

Nigar,

Sitat.info



Xəbər xətti