"ABŞ prezidenti FED-in qərarlarında söz sahibi olmalıdır" - Tramp

16:54 9 Avqust 2024

 ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp vurğulayıb ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) qərarlarında ABŞ prezidenti “söz” sahibi olmalıdır.

Sitat.info xəbər verir ki, Tramp Floridadakı Mar-a-Laqo kompleksində keçirdiyi mətbuat konfransında bu haqda danışıb. 

Donald Tramp hesab edir ki, o biznesdə uğurlu insan olduğundan FED-in qərarlarına da müsbət təsir edə bilər: "Düşünürəm ki, mənim şəxsimdə bu uğurlu olar. Çünki  çox pul qazanmışam, çox uğurlu olmuşam və düşünürəm ki, bir çox hallarda FED-dəki insanlardan və ya prezidentdən daha yaxşı instinktim var". 

Tramp pul siyasəti qərarlarına görə Paueli tənqid edib. 

Tramp 2017-ci ilin noyabrında FED-in hazırkı sədri Cerom Paueli bankın prezidenti vəzifəsinə irəli sürüb.

Ümumiyyətlə faiz dərəcələrinin aşağı salınmasının tərəfdarı olan Tramp pul siyasəti qərarlarına görə Paueli tənqid etməyə başlayıb.

Bu yaxınlarda verdiyi müsahibədə Tramp yenidən prezident olacağı təqdirdə, sadəcə Pauellin 2026-cı ilə qədər davam edəcək prezidentlik müddətini başa vurmasına icazə verəcəyini bildirib.

Nigar, 

Sitat.info



Xəbər xətti