Yeni sədr təyin olundu- Foto

12:22 16 Avqust 2024

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mehman Veysəlov “Aqroservis” ASC-nin yeni sədri təyin edilib.

Qeyd edək ki, Mehman Veysəlov Azərbaycan İqtisad Universitetinin maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb, Oxford Universiteti “Said Biznes Məktəbi”nin Strateji idarəçilik Proqramını bitirib.

Qlobalnüfuzlu Böyük Britaniyanın Peşəkar Mühasib və Maliyyəçilər Assosiasiyasının (“ACCA”) Beynəlxalıq Hesabatlılıq üzrə Diplomunu əldə edib.

M.Veysəlov buyndan əvvəl “Intellekt” MMC-də İcraçı direktor, audit və konsaltinq xidmətləri təqdim edən “Böyük dördlük” hesab olunan PWC Azərbaycanda baş konsultant, KPMG Azərbaycanda vergi meneceri, Vergi Məsləhətləri Xidmətinin rəhbəri, TAAC DMCC şirkətində maliyyə rəhbəri vəzifəsində çalışıb.

2019-2024-cü illərdə isə “Modern” Şirkətlər Qrupunda Baş icraçı direktor vəzifəsini icra edib. 20 ildən yuxarı rəhbər vəzifələrdə iş təcrübəsinə malikdir.

İngilis və rus dillərini bilir. Ailəlidir, 2 övladı var.



Xəbər xətti