Ukrayna Rusiyadakı neft anbarına pilotsuz təyyarə ilə hücum edib. Hücum zamanı güclü partlayış, ardınca isə yanğın baş verib.
Sitat.info xəbər verir ki, Ukrayna qüvvələri Rusiyanın Kursk vilayətində irəliləyişini davam etdirərkən, bəzi bölgələrə də hücum edir.
Rusiya neft ehtiyatlarının olduğu anbarın pilotsuz təyyarələrlə vurulduğunu açıqlayıb. Yanğını söndürmək mümkün olmayıb. Gecədən bəri 10 min kvadratmetr sahə yanır, 500 yanğınsöndürən yanğını söndürmək üçün çalışıb.
Yanğın zamanı içəridə kimin olub-olmadığı açıqlanmasa da, işləyən yanğınsöndürənlərdən 41-nin yanıq və ya qazdan zəhərlənmə səbəbindən xəstəxanaya yerləşdirildiyi qeyd edilib.
Ukrayna Ordusu Baş Qərargahı hücumda vurulan anbarın Rusiya ordusunun ehtiyaclarını ödəmək üçün istifadə edildiyini açıqlayıb.
Nərgiz,
Sitat.info