Ermənistanın paytaxtı İrəvanda Belarus səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Sitat.info xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.
Etiraz aksiyasının iştirakçıları səfirliyin binasına yumurta, kartof və pomidor atıblar.
Etiraza səbəb Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistan hökumətini və onun siyasətini tənqid etməsi olub.