Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Co Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı açıqlamalarını tənqid edib.
O, bu barədə tvitter hesabında yazıb.
"Bəzi Qərb liderləri son günlər "soyqırım" sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər. Bu doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan "soyqırım" sözünü işlətməsi onların ikiüzlülüyünün ən bariz nümunəsidir", - deyə Çavuşoğlu qeyd edib.