Pakistanın Bəlucistan əyalətində silahlıların avtomobil yollarına və polis məntəqələrinə hücumları nəticəsində 51 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
“Bu hücumlar Pakistanda anarxiya yaratmaq üçün yaxşı düşünülmüş plandır. Təhlükəsizlik qüvvələri 12 yaraqlını öldürüb”, - daxili işlər naziri Möhsin Nəkvi bildirib.
Məlumata görə, hücumu “Bəlucistan Azadlıq Ordusu” qruplaşmasının radikalları həyata keçirib.
“Geo TV”-nin məlumatına görə, avqustun 26-da səhər saatlarında silahlı şəxslər magistral yolu bağlayıb, sərnişinləri avtobus və yük maşınlarından düşürüblər. Qeyd olunub ki, silahlılar 10-a yaxın avtomobili də yandırıblar. Hadisə yerinə polis və xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilib.