Ukrayna Belqorod istiqamətində Rusiya sərhədini yarmağa çalışır

15:21 27 Avqust 2024

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətindən Rusiya sərhədini yarmağa cəhd edir. 

Sitat.info Tass-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sərhəddə vəziyyət çətin, lakin idarə oluna biləndir. Hazırda hərbçilər planlı işləri həyata keçirirlər. Qladkov insanları sakit olmağa və yalnız rəsmi mənbələrdən gələn məlumatlara etibar etməyə çağırıb.

Qeyd edək ki, təxminən bir saat əvvəl Mash Telegram kanalı təxminən 500 nəfərdən ibarət Ukrayna Silahlı Qüvvələrinin Nexoteevka kəndi və Şebekino sərhəd-keçid məntəqəsini yarmağa çalışdığı haqda informasiya yaymışdı. 



Xəbər xətti