İran prezidenti Məsud Pezeşkian dünən ölkənin xarici işlər naziri Abbas Əraqçının rəsmi şəkildə vəzifəsinin icrasına başlaması mərasimində millət vəkili olarkən xaricə səfərləri zamanı gülünc gerçəkləri səmimi və dürüst şəkildə etiraf edib.
Sitat.info Azad İran telegram kanalına istinadən xəbər verir ki, o bu sözləri deyib:
“Mən millət vəkili olarkən İran parlamentinin dostluq qrupları bizi başqa ölkələrə səfərə göndərirdilər. Bizi xaricə göndərən parlament rəsmisindən soruşurduq ki, orada nə etməliyik? Yəni hakimiyyət məndən rəsmi nümayəndə kimi nə etməyimi istəyir? Xaricə yollanarkən nə etməliyəm, iqtisadi, mədəni münasibətlərdə bir nəticə əldə etməliyik? Vallah həmin rəsmidən heç bir cavab ala bilmədik. Səfərə gedib boş-boş gəzib, geri qayıdırdıq, heç nə etmirdik”, - Məsud Pezeşkian gülərək əlavə edib.
Nigar,
Sitat.info