Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu

20:56 28 Avqust 2024

Avqustun 28-i saat 18:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Sitat.info xəbər verir ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.



Xəbər xətti